Çin avtomobillərində gözlənilməz təhlükə aşkarlandı

Rusiyanın Perm Politexnik Universitetinin alimləri məşhur Çin hibrid avtomobillərindən birində ölçmə aparıblar və müəyyən ediblər ki, salonda elektromaqnit şüalanmasının səviyyəsi mövcud normaları 8 dəfə üstələyir.

meqale.com xəbər verir ki, bu barədə təhsil ocağının Mətbuat Xidməti məlumat verib.

Daxiliyanma mühərriki olan avtomobillərdən fərqli olaraq, hibridlərdə elektrik mühərriki, litium-ion batareyası və çeviricilər demək olar ki, daim gərgin elektromaqnit sahələr yaradır.

Ən yüksək göstəricilər sürətlənmə zamanı qeydə alınıb - məqbul 25-40 əvəzinə 200 V/m. Əyləc zamanı elektomaqnit səviyyəsi 50-100 V/m olub. Avtomobil hərəkətsiz olduqda isə göstəricilər norma diapazona qayıdıb.