ÇL: "Real" və PSJ növbəti mərhələdə, "Yuventus" mübarizəni dayandırdı

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub.

ÇL:
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub.

meqale.com xəbər verir ki, günün ilk matçında "Borussiya" "Sportinq"lə üz-üzə gəlib.

Dortmundda keçirilən görüşdə hesab açılmayıb.

Günün mərkəzi oyunu Madriddə baş tutub. "Real" "Mançester Siti"ni qəbul edib. Kilian Mbappenin het-trik etdiyi oyunda meydan sahibləri qələbə qazanıb - 3:1.

PSJ "Brest"i meydana çıxmağına peşman edib. Parislilər 7:0 hesablı qalibiyyətə seviniblər.

"Yuventus" isə PSV ilə bacarmayıb. İtaliya təmsilçisi 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları

19 fevral

21:45 "Borussiya" (Dortmund, Almaniya) - "Sportinq" (Portuqaliya) 0:0 İlk oyun 3:0

00:00 PSJ (Fransa) - "Brest" (Fransa) 7:0 İlk oyun 3:0

00:00 PSV (Niderland) - "Yuventus" (İtaliya) 3:1 İlk oyun 1:2