Cokoviç istefa verdi

Məşhur serbiyalı tennisçi Novak Cokoviç təsis etdiyi Peşəkar Tennis Oyunçuları Assosiasiyası (PTPA) ilə yollarını ayırıb.

Cokoviç istefa verdi
Məşhur serbiyalı tennisçi Novak Cokoviç təsis etdiyi Peşəkar Tennis Oyunçuları Assosiasiyası (PTPA) ilə yollarını ayırıb.

meqale.com-ın məlumatına görə, Cokoviç qurumdan ayrıldığını sosial şəbəkələrdə açıqlayıb. Tennisçi bildirib ki, onun şəxsi yanaşması ilə təşkilatın cari istiqamətləri artıq uyğunlaşmır.

Qeyd edək ki, Novak Cokoviç PTPA-nın yaradılmasında kanadalı tennisçi Vaşek Pospişil ilə birlikdə 2019-cu ildə əsas rol oynamışdı. Bu addım, dünya tennisində oyunçuların maraqlarını daha effektiv şəkildə qorumaq məqsədilə atılmışdı.