COP29-un qarşısında çox çətin məsələlərin həlli durur - Fatou Haidara

Sənaye iqlim dəyişiklikləri strategiyasının bir hissəsidir.

COP29-un qarşısında çox çətin məsələlərin həlli durur - Fatou Haidara
Sənaye iqlim dəyişiklikləri strategiyasının bir hissəsidir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı üzrə baş direktor müavini və idarəedici direktoru Fatou Haidara XI Qlobal Bakı Forumunda çərçivəsindı keçirilən "Xoş sözlərdən yaxşı işlərə: COP29 üçün hansı məqsədlər qoyula bilər?" adlı panel müzakirəsində çıxışı zamanı deyib.

"Sənayeni düzgün təşkil etsək, iqlim dəyişikliyinə öz töhfəsini verə bilər. Bu da aşağı emissiyalı iqtisadiyyata keçidi təmin edəcək. COP29-un qarşısında çox çətin məsələlərin həlli durur.

İqlim tədbirlərinin gücləndirilməsi lazımdır. Hər ölkə könüllü olaraq öz töhfələrini dərinləşdirməlidir. Biz də artıq bu sahədə səylərimizi cəmləşdirməliyik",- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.