Dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub
Xəbər verdiyimiz kimi, Biləsuvar rayonunun Nəsimikənd ərazisində avtomobil kanala düşüb.
meqale.com xəbər verir ki, qəza "Leksus" markalı, 90 EU 111 nömrə nişanlı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.
Məlumata görə, qəzanı Biləsuvar rayon Telekomnukasiya Qovşağının keçmiş rəisi Xalid Rüstəmovun həyat yoldaşı, Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin müəlliməsi Fidan Rüstəmova törədib.