"Gənc Peşəkar Velosipedçilər Klubu" İctimai Birliyinin ilin yekunlarına aid hesabat görüşü keçirilib - FOTO

"Gənc Peşəkar Velosipedçilər Klubu" İctimai Birliyinin 2025-ci ilin yekunları ilə bağlı hesabat görüşü keçirilib.

"Gənc Peşəkar Velosipedçilər Klubu" İctimai Birliyinin 2025-ci ilin yekunları ilə bağlı hesabat görüşü keçirilib.

meqale.com xəbər verir ki, tədbir peşəkar velosipedçilərin, tanınmış idmançıların, tərəfdaş şirkət və qurumların nümayəndələrinin, eləcə də ictimaiyyət və media təmsilçilərinin iştirakı ilə baş tutub.

Görüşün əsas məqsədi 2025-ci il ərzində klub tərəfindən həyata keçirilmiş tədbirlərin, layihə və təşəbbüslərin yekun hesabatının təqdim olunması, əldə edilmiş nəticələrin ictimailəşdirilməsi və gələcək dövr üçün əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Tədbirdə klubun 2025-ci il üzrə illik fəaliyyət hesabatı təqdim edilib, fəxri qonaqların və tərəfdaş qurum nümayəndələrinin çıxışları dinlənilib. Eyni zamanda, il ərzində təşkil olunan veloyürüşlərdə fəal iştirakına, bu idman növünün təsviqinə və klubun inkişafına verdiyi töhfələrə görə bir sıra idmançılara və tərəfdaşlara, kütləvi informasiya vasitələrinə, həmçinin TREND İnformasiya Agentliyinə təşəkkürnamələr təqdim olunub.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində təşkil edilən bu görüş velosiped idmanına töhfə verən şəxslərin və qurumların bir araya gələrək həmrəylik nümayiş etdirməsi baxımından rəmzi əhəmiyyət daşıyır.