Direktor şagirdin telefonunu divara mismarladı - VİDEO

Özbəkistanda məktəb direktorunun şagirdə məxsus mobil telefonla bağlı davranışı geniş müzakirələrə səbəb olub.

Direktor şagirdin telefonunu divara mismarladı - VİDEO
Özbəkistanda məktəb direktorunun şagirdə məxsus mobil telefonla bağlı davranışı geniş müzakirələrə səbəb olub.

meqale.com xəbər verir ki, yerli mediada yayılan məlumata görə, şagird məktəbə telefon gətirdiyi üçün direktor radikal addım ataraq cihazı mismarla lövhəyə asıb.

Hadisə zamanı çəkilən görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb və ictimaiyyət arasında birmənalı qarşılanmayıb.

Bəzi istifadəçilər direktorun bu hərəkətini məktəblərdə intizamın qorunması baxımından əsaslandırsa da, digərləri bunu şagirdin hüquqlarının pozulması və psixoloji təzyiq kimi qiymətləndiriblər. Xüsusilə uşaqlara qarşı bu cür davranışın düzgün olmadığı vurğulanıb.

Məsələ ilə bağlı rəsmi qurumların araşdırma aparacağı bildirilir. Hadisə bir daha məktəblərdə mobil telefon qadağalarının necə tətbiq olunmalı olduğu ilə bağlı müzakirələri gündəmə gətirib.