Dörd fərqli region “Dörd Yarpaqlı Yonca” layihəsində!
"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə gənclər təşkilatları üçün elan edilən 2024-cü il üzrə qrant müsabiqəsinin qalibi olmuşdur. Qədim və dolğun tarixə malik olan millli rəqs incəsənətimizin inkişafına təkan vermək, onun daha böyük areala yayılmasına müvəffəq olmaq, eyni zamanda, bu yolla milli dəyərlərimizi, onun əhəmiyyətini gənclər arasında təbliğ etmək, onlara uğurla ötürmək kimi məqsədləri özündə birləşdirən "Dörd yarpaqlı Yonca" müsabiqənin 14 dekabr 2024 tarixində Bərdə şəhərində yerləşən Bərdə Mədəniyyət Mərkəzində keçiriləcək.
                        Layihənin rəhbəri Əziz Əzizov bildirir: "Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir. Lakin dövrümüzün gənc nəsli onun əhəmiyyəti, tarixi barədə dolğun məlumata sahib deyillər. Bunun əsas səbəblərindən biri onları boya-başa çatdıran nəslin Azərbaycan Respublikasının müstəqilliyindən əvvəl çox çətin zamanlardan keçmiş olması və öz tarixləri, öz mədəniyyətləri barədə məlumatları zənginləşdirmək, təbliğ etmək şansına malik deyildilər. Azərbaycanın zəngin, özünəməxsus mədəniyyətini isə hər bütün dövrlər boyu qonşu dövlətlər, xalqlar özününküləşdirməyə çalışıblar və dünyaya bu cür təqdim etməyə cəhd göstəriblər. Hal-hazırdakı dövrümüzdə KİV və sosial media nə qədər geniş məlumata malik olsa da, orada təhrif olunmuş məlumatlar da var. Bu səbəbdən gənclərimiz bu sahədə mütəxəssis şəxslər tərəfindən maarifləndirilməyə ehtiyac duyurlar. Bu layihə sayəsində həm həmin gənclərin müsabiqəyə cəlb edilməsinə, gənclərimizin malik olduqları bu zəngin incəsənəti daha yaxşı tanıya bilmələri, bu mövzuda geniş və dəqiq məlumata sahib olmaları və Azərbaycanı hər bir yerdə layiqincə təmsil edə bilmələri üçün layihəmizdə öz sahəsində dərin biliyə, təcrübəyə malik incəsənət xadimləri tərəfindən ustad dərslərinə yer verirlir".
Layihəyə Azərbaycanın müxtəlif bölgələrindən böyük rəqs kollektivləri cəlb olunub. Layihənin birinci gününün rəqs incəsənəti və onun tarixi ilə bağlı olan ustad dərslərinə, ikinci gününün rəqs müsabiqəsinə həsr olunmağı nəzərdə tutulur.