Dövlət qurumlarında çalışanlar işdən 1 saat tez çıxa bilər - TƏKLİF

Son günlərdə yayımlanan bir reportajda bir dövlət qulluqçusu belə demişdi: "8 saat rəsmi işdə, 4 saat isə tıxacda vaxt keçirirəm". Bu təkcə fərdi narahatlıq deyil, ümumilikdə iş məhsuldarlığına və həyat keyfiyyətinə mənfi təsir göstərən ciddi problemdir. İnsanlar bəzən işə çatmaq üçün 2 saat əvvəl evdən çıxmalı, eyni müddətdə də evə qayıtmalıdır.

meqale.com xəbər verir ki, modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında depuata Fazil Mustafa bildirib.

"Bu baxımdan təklif edirəm ki, əgər vətəndaşın iş yerinə çatmaq üçün yolda sərf etdiyi vaxt 2 saatı keçirsə, ona işdən 1 saat əvvəl çıxmaq imkanı verilsin. Bu yanaşma vətəndaşın işə daha enerjili gəlməsinə, keyfiyyətli xidmət göstərməsinə və ümumilikdə dövlət sektorunda məhsuldarlığın artmasına səbəb olacaq.

Bəli, tıxac probleminin birdən-birə tam həlli real deyil. Amma avtobus hərəkətinin təkmilləşdirilməsi, marşrutların optimallaşdırılması və digər nəqliyyat tədbirləri ilə paralel olaraq, insanlara dəstək məqsədilə dövlət qurumlarında çalışanların vəziyyətini yüngülləşdirəcək addımlar atılmalıdır".