Döyüş mövqeyində güllələnən erməni zabitin FOTOsu

Ermənistan Müdafiə Nazirliyinin Basarkeçərdəki N saylı hərbi hissəsinin döyüş mövqeyində güllələnən zabit Karen Araikoviç Karapetyan Araqatsotn rayonunun Əştərək (Voskevaz) icmasından olub.

meqale.com musavat.com-a istinadən bildirir ki, keçmiş icma başçısının "Ermənistan xəbərləri"nin müxbiri ilə söhbətində dediyinə görə, 23 yaşlı Karenin kiçik bir qardaşı var.

"Karen yaxşı ailədən çıxıb. Uşaqlıq dostumun oğlu idi. Karen institutu bitirdikdən sonra xidmətə getdi" - deyə o bildirib.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 9-da saat 06:20 radələrində N saylı hərbi hissənin döyüş mövqeyində müqaviləli əsgər tərəfindən güllələnən Karen Araikoviç Karapetyanın güllə yarası almış meyiti tapılıb. Məlumata görə, zabit yatdığı yerdə güllələnib.

"Hraparak"ın məlumatına görə, yanvarın 9-da səhər saatlarında Vardenis postlarından birində xidmət edən çağırışçı həmin postda xidmət edən zabitə xidməti avtomatdan açdığı atəşlə ölümcül yara vurub.

Bu arada, erməni mediası insidentə görə korpus komandirini günahlandırıb.