Dünyanın aparıcı gücləri Azərbaycanla hesablaşırlar - Sahil Kərimli

"Son illərdə Azərbaycanda keçirilən bu cür mötəbər və dünya əhəmiyyətli tədbirlər kimi Bakı Enerji Həftəsinin də ölkəmiz üçün çox böyük önəmi var".

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

Siyasi təhlilçi 4-6 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilmiş 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin əhəmiyyətindən söz açıb.

Onun sözlərinə görə, ilk növbədə, Azərbaycanın nəhəng qlobal enerji layihələrinə müəlliflik etməsi, bu layihələri çox uğurla, peşəkarlıqla həyata keçirməsi, eyni zamanda, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Avropanın enerji təminatı istiqamətində həyata keçirdiyi çox böyük layihələr ölkəmizin dünyada artan nüfuzunu daha da yüksəldir: