Əgər işə 30 dəqiqədən artıq vaxta çatırsınızsa, deməli, "dəlisiniz"

İşə gediş-gəliş müddəti 30 dəqiqə çəkənlərə nisbətən, iş yerinə getmək üçün təxminən bir saat və daha çox vaxt sərf edən insanların psixi sağlamlıq problemləri ilə üzləşmə ehtimalı 16% çoxdur.

Əgər işə 30 dəqiqədən artıq vaxta çatırsınızsa, deməli,
İşə gediş-gəliş müddəti 30 dəqiqə çəkənlərə nisbətən, iş yerinə getmək üçün təxminən bir saat və daha çox vaxt sərf edən insanların psixi sağlamlıq problemləri ilə üzləşmə ehtimalı 16% çoxdur.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə "Science Alert" məlumat yayıb.

Bu, Koreya Əmək Şərtləri Araşdırmasının əmək qabiliyyətli yaşda olan iştirakçılar haqqında məlumatların öyrənilməsi zamanı məlum olub. Belə ki, tədqiqat zamanı Ümumdünya Səhiyyə Təşkilatının respondentlərin psixi sağlamlığını qiymətləndirən beş ballıq rifah indeksi əsasında koreyalılar sualları cavablandırıblar. 23 415 respondentin dörddə birində depressiya əlamətləri olduğu bildirilib.

Alimlər iş yerinə getmək üçün rahat şəraitin yaradılmasının insanların psixi sağlamlıqlarını yaxşılaşdırmağa imkan verəcəyini irəli sürüblər.