Əhali 10 ayda 26 milyard xərcləyib

2023-cü ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,1 faiz artaraq 26776,2 milyon manat olub.

Əhali 10 ayda 26 milyard xərcləyib
2023-cü ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,1 faiz artaraq 26776,2 milyon manat olub.

meqale.com bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən məlumat verir.

Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 15587,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5 faiz artaraq 11188,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 34,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.