Əhaliyə müraciət: 09:00-dan 20:00-dək...
Yay fəsli ilə əlaqədar olaraq insanlar asudə vaxtlarını çimərlik və su hövzələri kənarında keçirir. Təəssüflər olsun ki, bəzən suda boğulma hallarına rast gəlinir.
Bununla bağlı meqale.com-a Baş Prokurorluqdan maarifləndirici məlumat verilib. Qurum çimərliklərdən istifadə zamanı tövsiyə olunan maddələri sadalayıb.
Qeyd olunub ki, vətəndaşlar suya girməzdən əvvəl şərtləri yoxlamalıdır:
"Yəni hər hansı xəbərdarlıq bayraqları varmı? Su şəraiti, çimərlik şəraiti və potensial təhlükələr haqqında xilasedicidən soruşmaq lazımdır. Yanlız üzmə bacarığınızdan əmin olduğunuz halda öz hündürlüyünüzdən dərin suya daxil olun, öz hündürlüyünüzdən dərin suda tək üzməməyə çalışın. Başqa bir şəxsin suda boğulma təhlükəsində olduğunu gördükdə özünüz müdaxilə etməzdən əvvəl yaxınlıqdakı xilasedicilərə müraciət edin".
Qurum çimərliklərdə diqqət edilməli olan qaydaları da qeyd edib: