Ələsgər Məmmədli haqda həbs qərarı verildi
"Toplum Tv"nin təsisçisi Ələsgər Məmmədli həbs edilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsi istintaq orqanının təqdimatını əsaslı hesab edib.
Hakim İlahə Abbasova tanınmış media ekspertinin istintaq dövrü müddətində həbsdə qalmasını uyğun bilib.
Qərara əsasən, Ə.Məmmədli haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bir azdan eyni məhkəmədə III Respublika Platformasının üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılacaq.