Əliyar Ağayev Niderland klubunun matçını idarə edəcək

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Əliyar Ağayev Niderland klubunun matçını idarə edəcək
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

meqale.com xəbər verir ki, Ə.Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Brann" (Norveç) - "Utrext" (Niderland) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki "Brann" stadionunda keçiriləcək.