Elşən Xəzər Azərbaycandan buna görə gedib - özü CAVABLADI - Yenilənib

Azərbaycanı tərk etməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Elşən Xəzər Azərbaycandan buna görə gedib - özü CAVABLADI  - Yenilənib
Azərbaycanı tərk etməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

meqale.com xəbər verir ki, bu sözləri Globalinfo.az-a keçmiş meyxanaçı Elşən Xəzər deyib.

O, işləri ilə əlaqədar müvəqqəti Rusiyanın paytaxtı Moskva şəhərində olduğunu bildirib:

"Azərbaycanı niyə tərk edim axı? Bəli, Moskvaya gəlmişəm, amma bu o demək deyil ki, ölkəni həmişəlik tərk etmişəm. Bilirsiniz, sənətdən getdikdən sonra dolanışıq üçün bir iş qurmalı idim. Elə alındı ki, Moskvada restoran işlətdim. Mən bura həm müayinə, həm də iş üçün gəlib-gedirəm. İşlədiyim obyekti də boş buraxa bilmərəm".

Elşən Xəzər sentyabrda Azərbaycana gələcəyini qeyd edib.

Xatırladaq ki, E.Xəzərin Rusiyaya köçməsi xəbərini onun həmkarı Aqşin Fateh yayıb.

--------------

2025.08.28

Tanınmış meyxanaçı Elşən Xəzər Azərbaycandan gedib.

meqale.com xəbər verir ki, bu barədə məlumatı onun həmkarı Aqşin Fateh verib.

"O, artıq Rusiyanın Moskva şəhərində yaşayır. Elşənlə arada-sırada hal-əhval tuturuq".