"Bakıdakı konsertdə gördüyümü heç vaxt unutmaram"- Emel Sayın - VİDEO
meqale.com xəbər verir ki, "Feride", "Mavi boncuk" kimi mahnıları və rol aldığı filmlərlə Azərbaycan tamaşaçısının da qəlbinə yol tapan Türkiyənin tanınmış müğənni Emel Sayın olay-a açıqlama verib.
Sevilən ifaçı Azərbaycanda olan konsertlərini heç vaxt unutmayacağını dilə gətirib:
"Azərbaycan Xalqını, onların sevgisini, gözəl qəlbini, qonaqpərvərliyini, orada baş tutan konsertlərimi unutmadım, heç vaxt da unutmaram. Onları çox sevirəm".
"Məni dəvət edin, gəlim. Böyük məmnuniyyətlə" - deyə Emel Sayın Bakıda konsert proqramı ilə çıxış edə biləcəyini açıqlayıb.