Elvin Həsənzadə bədbəxt hadisə nəticəsində vəfat etdi

Ağstafa rayonunda gənc oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Elvin Həsənzadə bədbəxt hadisə nəticəsində vəfat etdi
Ağstafa rayonunda gənc oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

meqale.com report.az-a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Elvin Həsənzadə Vurğun qəsəbəsində yerləşən mini futbol meydançasında tanışları ilə olan zaman uzun metal borunu götürərək yoldaşları ilə zarafatlaşmaq istəyib.

Bu zaman əlindəki boru ehtiyatsızlıqdan meydançanın üstündən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.

Qeyd edək ki, mərhum gələn ay hərbi xidmətə getməli idi.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.