Emin Mahmudovla Qara Qarayev “Neftçi”dən ayrılır – yeni ünvanları bəllidi
Tezliklə "Neftçi"də iki ayrılıq yaşanacaq. meqale.com xəbər verir ki, "Football-plus.az"ın əldə etdiyi məlumata görə, Emin Mahmudovla Qara Qarayev karyerasına başqa komandada davam etmək qərarına gəlib. Əlbəttə, buna məlum məsələlər səbəb olub.
Xatırladaq ki, baş məşqçi Roman Qriqorçukun istəyi ilə kapitan sarğısı Emindən alınıb. Mütəxəssis onu start heyətində də görmək istəmir. Qara da çalışdırıcının qərarıyla əsas komandadan didərgin düşüb.