Əminağa Sadıqovun elmi adı ləğv edildi
Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əminağa Sadıqovla bağlı qərar verilib.
meqale.com xəbər verir ki, globalinfo.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında Əminağa Sadıqov professorluq statusundan məhrum edilib.
Qərarın hansı səbəbdən verildiyi barədə hələlik rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, Ə.Sadıqov 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb.