Ərdoğan: Dörd gündür əllərindən gələni edirlər

Müxalifət nə edirsə etsin, biz heç vaxt sağlam düşüncədən, səbirdən, sakitlikdən əl çəkməyəcəyik.

Ərdoğan: Dörd gündür əllərindən gələni edirlər
Müxalifət nə edirsə etsin, biz heç vaxt sağlam düşüncədən, səbirdən, sakitlikdən əl çəkməyəcəyik.

meqale.com report-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul təşkilatının iftar proqamında çıxışı zamanı deyib.

"Bələdiyyələrimiz korrupsiyanın, ədalətsizliyin tərəfində olmayacaq, onlar nəyin doğru, nəyin halal, nəyin haram olduğunu bilə-bilə xalqına xidmət edəcək. Dörd gündür (müxalifət-red) xalqı bir-birinə qarşı qoymaq üçün əllərindən gələni edirlər", - Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, müxalifət öz strukturunu zəhərli sarmaşıq kimi sarmış soyğunçulardan təmizləməyincə, nə siyasi nüfuzunu, nə də siyasi kimliyini geri qaytara biləcək.