Ərdoğan güclü zəlzədən yazdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı sosial media hesabında açıqlama yayıb:

Ərdoğan güclü zəlzədən yazdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı sosial media hesabında açıqlama yayıb:

"Balıkesirin Sındırgı rayonunda baş verən və ətraf vilayətlərdə də hiss edilən zəlzələdən təsirlənən vətəndaşlarımıza keçmiş olsun deyirəm. AFAD və əlaqədar bütün qurumlarımız sahədə araşdırma və nəzarət işlərini diqqətlə davam etdirir. Biz də prosesi yaxından izləyirik. Uca Allah ölkəmizi və millətimizi hər cür fəlakətdən qorusun."

Qeyd edək ki, Sındırgı rayonu 10 avqustda da eyni böyüklükdə (6,1 maqnitudalı) zəlzələ ilə sarsılmış, həmin hadisədə 1 nəfər həlak olmuş, 29 nəfər isə yaralanmışdı.

Hazırda AFAD və xilasetmə qrupları bölgədə vəziyyəti qiymətləndirir və ehtiyac yarandığı halda yardım işlərinə başlayacağı bildirilib.