Erməni peyki fotolar çəkir, istifadə edirik - Ayrapetyan
25 may 2022-ci ildə Ermənistanın ilk kosmik peyki "SpeysX" kosmik gəmisi ilə Yer orbitinə çıxarılıb. Peyk Ermənistan dövlətinə məxsus "Geokosmos" QSC ilə İspaniyanın "Santlantis" şirkəti arasında əməkdaşlığın nəticəsidir.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan jurnalistlərə açıqlamasında deyib.
"Erməni peykinin çəkdiyi fotolar uzun müddətdir Ermənistanın müxtəlif dövlət idarələrinə xidmət edir. Siz müsbət nəticə istədiniz, təsdiq edirəm, bəli, var", - Ayrapetyan bildirib.