"Ermənistan və Azərbaycanla bağlı əsl xəbər budur"
İndi eskalasiya üçün heç bir əsas yoxdur. Ermənistan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində sərhəddəki gərginliklə bağlı sualı cavablandırarkən deyib.
"Əsl xəbər budur ki, sülh sazişinin mətni razılaşdırılıb və imzalanmasını gözləyir", - o bildirib.
meqale.com