Ermənistanda Koçaryanın əmlakının müsadirə olunması tələb edilir
Ermənistanın Baş Prokurorluğu Robert Koçaryan və "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan da daxil olmaqla, ümumilikdə 7 nəfərə məxsus əmlakın müsadirəsini tələb edir.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə baş prokuror Anna Vardapetyan parlamentin Dövlət və hüquq məsələlər komissiyasının iclasında bildirib.
O deyib ki, söhbət on milyonlarla dollar məbləğində 25 ədəd daşınmaz əmlak, 5 ədəd nəqliyyat vasitəsi, Ermənistan daxilində və xaricdə fəaliyyət göstərən 16 şirkətdəki qiymətli kağızlar, eləcə də 89 milyon dollar məbləğində mənşəyi məlum olmayan pul vəsaitindən gedir.