Türkiyədə mikroavtobus dərəyə aşdı, 7 ölü var
Türkiyədə ağır-yol qəzası olub.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə Afyonkarahisar vilayətinin Çay rayonunda olub.
İçərisində əksəriyyətinin kənd təsərrüfatı işçilərinin olduğu mikroavtobus yoldan çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində 7 nəfər ölüb, 14-ü isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.