"Ermənistanın Aİ-yə daxil olmaq imkanlarını müzakirə edirik"
Ermənistan Avropa İttifaqına (Aİ) daxil olmaq imkanlarını müzakirə edir.
                        meqale.com report-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan "TRT World"a müsahibəsində deyib.
Onun sözlərinə görə, məsələ son 3-4 il ərzində İrəvanın üzləşməyə məcbur qaldığı çağırışlar fonunda yaranıb: "Ermənistan yeni imkanları fəal şəkildə müzakirə edir. Bu baxımdan Aİ-yə üzvlük ideyası da gündəmdədir".
Nazir əlavə edib ki, Aİ, eləcə də ABŞ Ermənistanda institusional dəyişiklikləri və demokratik islahatları təşviq edir: "İrəvan həm Qərbdə, həm də Şərqdə tərəfdaş və müttəfiqlər dairəsini genişləndirməyə çalışır".