Ev alanlardan gəlir sənədi tələb olunur? - Açıqlama
Son günlər bəzi KİV orqanları və sosial media hesablarında əmlak alqı-satqısı zamanı 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən deklarasiyanın tələb olunmasına dair məlumatlar yayılır və bu məlumatlar geniş müzakirə olunur.
meqale.com xəbər verir ki, bu sözləri Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
O bildirib ki, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi" ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində dövlət qurumları öz fəaliyyət proqramlarında bu məsələni prioritet olaraq qəbul edir və mübarizə üsullarını ölkə qanunvericiliyinin imkan verdiyi formada həyata keçirməyə çalışır: