Əxlaqi dəyərlərin mövsümdən-mövsümə dəyişdiyi üzə çıxdı

Əxlaqi dəyərlərin mövsümdən-mövsümə dəyişdiyi üzə çıxarılıb.

Əxlaqi dəyərlərin mövsümdən-mövsümə dəyişdiyi üzə çıxdı
Əxlaqi dəyərlərin mövsümdən-mövsümə dəyişdiyi üzə çıxarılıb.

meqale.com yenicag.az-a istinadən xəbər verir ki, Britaniya Kolumbiya Universitetindən elm insanlarının apardığı araşdırmanın nəticəsi PNAS adlı elmi jurnalda yayımlanıb.

10 il ərzində müxtəlif ölçüdə araşdırma aparan elm insanları son olaraq ABŞ-lilər arasında sorğu keçirib. Araşdırmaların nəticəsinə əsasən, təsbit edilən 5 əxlaqi dəyərin - sosial məsuliyyət, ədalət, qrupa sədaqət, avtoritariyaya itaət və müqəddəslik və ya saflıq - mövsümlərə görə dəyişiklik göstərdiyi müəyyənləşdirilib.

Maraqlısı isə budur ki, mövsümlər arasında keçidin daha sərt olduğu dönəmlərdə əxlaqi dəyərlərdəki dəyişikliklərin də kəskin xaarkter daşıdığı üzə çıxıb.