Faciəvi şəkildə ölən tələbə Fuadın Fotosu - YENİLƏNİB
10:23 Xəbər verdiyimiz kimi, Sumqayıtda 9-cu mikrorayonda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.
meqale.com unikal-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Fuad İsmayılov yaşadıqları binanın 7-ci mərtəbəsindən düşüb.
F.İsmayılov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.
-------------- 2024.09.09 Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.
meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.
2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları binanın 7-ci mərtəbəsindən yıxılaraq vəfat edib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
F. İsmayılov universitet tələbəsi olub.
Fakt araşdırılır.