"Fədayəni mən sənətkar etmişəm"
Müğənni Tacir Şahmalıoğlu "Günə uğurla" verilişində qalmaqallı duet ortağı Fədayə Laçınla bağlı danışıb.
meqale.com xəbər verir ki, Tacir Şahmalıoğlu veriliş zamanı bildirib ki, Fədayə onun yanına gələndə cəmi 10-15 mahnı bilirmiş: "Fədayə mənim yanıma gələndə çox az mahnı bilirdi. Onu sənətkar kimi yetişdirən mənəm".
Qeyd edək ki, T.Şahmalıoğlunun bundan əvvəlki açıqlaması - "Onun müəllimi olmuşam" - Fədayənin bacısı İlahə Fədanı narazı salmış və aralarında qalmaqal yaranmışdı. Bu açıqlama isə yenidən sosial mediada və tamaşaçılar arasında müzakirələrə səbəb olub.