Fəhlənin stadionda yıxılıb öldüyü yerdən - FOTOlar
Xəbər verdiyimiz kimi, Tofiq Bəhramov adına Respublika Stadionunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
"Qafqazinfo"nun əməkdaşları stadionda olublar. Məlum olub ki, tavanın çökməsindən sonra arenanın təmirinə cavabdeh olan podratçı "Unity" MMC olub.
Şirkət ərazidə bərpa işləri aparmaq istəyərkən fəhlələrindən biri yıxılaraq ağır yaralanıb. Xəstəxanaya çatdırılan 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Sulduz Şükürov orada vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.