"Fənərbağça" "Mançester"də oynayan futbolçunu aldı
Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
                        meqale.com report-a istinadən xəbər verir ki, "sarı-lacıvərdlilər" müdafiəçi Sofyan Amrabatı transfer edib.
Mərakeş millisinin üzvü müqavilə ilə İtaliyanın "Fiorentina" klubuna məxsus olsa da, son olaraq İngiltərənin "Mançester Yunayted" kollektivində çıxış edib.
27 yaşlı oyunçu "qırmızı şeytanlar"ın heyətində 30 matçda meydana çıxıb.