FHN zəlzələ ilə bağlı açıqlama yaydı

Fövqəladə Hallar Nazirliyi Azərbaycanda baş verən zəlzələ barədə açıqlama yayıb.

FHN zəlzələ ilə bağlı açıqlama yaydı
Fövqəladə Hallar Nazirliyi Azərbaycanda baş verən zəlzələ barədə açıqlama yayıb.

FHN Mətbuat xidmətindən meqale.com-a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb.

Qeyd olunub ki, zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - məlumatda deyilir.