Fotosessiya etdirmək istəyən modeli sürət qatarı vurub öldürdü - FOTOlar
Venesuelalı model Çintya Nayeli Hiqareda Bermexo qatar relslərində şəkil çəkdirmək istəyərkən faciəvi şəkildə ölüb.
                        meqale.com publika.az-a istinadən xəbər verir ki, hadisə Qvadalaxara şəhəri yaxınlığındakı Zakoalko de Torres qəsəbəsində baş verib.
30 yaşlı model relslərdə şəkil çəkdirmək istəyərkən paltarı sürətlə gələn qatara ilişib. Nəticədə model hadisə yerində dünyasını dəyişib. Onun meyiti ailəsinə təhvil verilib.
"O, fotosessiyada iştirak edirdi, qatara çox yaxınlaşıb. Qatar paltarını özünə çəkib və bu da onun ölümünə səbəb olub", - Jalisko əyalətinin prokuroru Jakin Mendez Ruiz bildirib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun