Fransa NATO-dan çıxmalıdır - Filippot
Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot Ukraynanın "Şimal axını" qaz kəmərlərinin bombalanmasında iştirakının üzə çıxması ilə əlaqədar Fransanı NATO-dan çıxmağa çağırıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Filippot X hesabında paylaşım edib.
"Gedin və nəhayət, hamıya həqiqəti söyləyin: bu, NATO-nun ABŞ-la birgə zərbəsidir! NATO-dan çıxaq!" - paylaşımda qeyd edilib.