Fransa özünü RƏZİL ETDİ: gücü heykələ ÇATDI
Martın 14-də işə başlayan XI Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla eyni əhəmiyyətə malikdir. Bu forum Azərbaycanın beynəlxalq məsələlərin həllinə verdiyi töhfələrin təkrib hissələrindən yalnızca biridir.
Forum çərçivəsində aktual məsələlər müzakirə olunur və həll yolları axtarılır. Azərbaycan Prezidenti İlham Əliyev forumdakı çıxışı zamanı bir sıra əhəmiyyətli məqamlara toxundu.
Xüsusilə Fransanın Azərbaycana qarşı olan qərəzli siyasəti və regionda sülhə qarşı olan mövqeyi xüsusi vurğulanmalıdır. Fransa Ermənistan vasitəsilə regiondakı maraqlarını təmin etməyə çalışır. Fransanın məqsədi Cənubi Qafqazda sülhlə stabilliyin bərqərar olması, mümkün eskalasiya və risklərin qarşısının alınması yox, məhz Ermənistan vasitəsilə regionda möhkəmlənmək və maraqlarının təminatına can atmaqdır.
Demokratik dəyərlər carçısı kimi özünü təqdim etməyə çalışan Fransa bu məqsədlərinə çatmaq üçün bütün norma və prisinpləri ayaq altına atmaqdan çəkinmir.
Sonuncu barbar davranış isə Fransada Natəvanın heykəlinə edilən hücum oldu. Heykəlin üzərinə qırmızı boya tökülərək, formasını korlamağa çalışıblar.
Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə, onu sadəcə bükdülər və heykəl bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı.
Bu hadisədən sonra Fransa hakimiyyəti isə guya heykəli mühafizə məqsədilə ancaq bükərək qoruyacağını dedi. Heç bir tədbir görülməməsindən sonra Azərbaycan dövlətinin tələbi ilə heykəl sözügedən ərazidən götürüldü və heykəl Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edildi.
Beynəlxalq arenalarda Azərbaycana qarşı qərəzli siyasətini həyata keçirə bilməyən, ölkəmiz qarşısında məğlub olan Fransanın gücü heykələ çatdı. Özünü mədəniyyətin mərkəzlərindən hesab edən və mənəvi lider adlandıran Azərbaycana olan qərəzinə görə Fransa barbarlıq nümayiş etdirdi.
Əlbətdəki bu da Azərbaycana təzyiq vasitəsilə ola bilməz. Əksinə Fransa növbəti dəfə nüfuzunu itirdi, heykəldən belə qisas ala biləcəyini bütün dünya qarşısında sərgilədi.
Bu siyasət eyni zamanda Fransada islamofobiyanın hansı miqyasda yayılmasının da göstəricisidir. İslamofobiya Qərbdə həyatın sahələrinə əks olunan bir reallıqdır. Fransada bu fenomen özünü digər qərb ölkələri ilə müqayisədə daha çox göstərir.
Fransa cəmiyyəti və eyni zamanda beynəlxalq ictimaiyyət bütün bu anti-Azərbaycan davranışlarını pisləməlidir.
TREND