Fransada narkotik alverçilərinə qarşı əməliyyat davam edir, 100-yə yaxın insan saxlanılıb
Fransa polisi Marsel şəhərində narkotik alverçilərinə qarşı keçirilən genişmiqyaslı əməliyyat zamanı 98 nəfəri saxlayıb.
meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə "France Info" radiostansiyası məlumat yayıb.
Bununla yanaşı, 71 nəfər nəzarətə götürülüb.
Radiostansiyanın verdiyi məlumata görə, "Təmiz meydan" kod adlı əməliyyat zamanı 9 kq-dan çox narkotik maddə, 4 silah və 12 avtomobil ələ keçirilib.