Füzulidə iki maşın toqquşdu - Ölən və yaralananlar var - FOTO

Füzulidə ölümlə nəticələnən qəza olub.

Füzulidə iki maşın toqquşdu - Ölən və yaralananlar var - FOTO
Füzulidə ölümlə nəticələnən qəza olub.

meqale.com Trend-ə istinadən bildirir ki, hadisə rayonun "Qayıdış" qəsəbəsi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobil qarşıdan gələn "VAZ" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, 1981-ci il təvəllüdlü rayon sakini Elgün Bəylərov hadisə yerində həyatını itirib.

"Toyota"nın sürücüsü "Qayıdış 4" qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şükürov Nicat Qafar oğlu və sərnişini, "Qayıdış 5" qəsəbə sakini, 1981-ci il təvəllüdlü İsmayılov Səlim Mərdan oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.