Gədəbəyə vurğun amerikalı qız - sazın-sözün sehrinə düşüb - VİDEO
Amerikalı Marta Lavri illər öncə magistratura təhsili almaq üçün Bakıya gəlib.
                        meqale.com xəbər verir ki, Marta o illərdə Bakıda bir gədəbəyli ailəsində yaşayıb.
Azərbaycanca danışmağı da, saz ifa etməyi də elə onlardan öyrənib:
"O ailə mənə o qədər doğma gəldi ki, özümü evdə kimi hiss etdim. Orada xəstələndim, Mirvari "mama" deyəsən, qızılgül mürəbbəsi ilə çay gətirmişdi. Hiss etdim ki, anamın sevgisi var o evdə".
Marta hər yay həmin ailə ilə birgə Gədəbəyə gedib orada dincələrmiş. Deyir ki, sazla ilk tanışlığı Gədəbəydəki toyların birində olub:
"Televiziyada aşıqlara baxanda xoşuma gəlirdi. İstəyirdim o cür oxumağı mən də öyrənim. Amma mənim üçün bir az çətin idi. "Bu yerlərdə qalardım" şeirini əzbərləmişəm. Hər dəfə onu oxuyanda kövrəlirdim, çünki belə hiss edib, Gədəbəy haqda fikirləşirdim".