"Gələn il daha çox silah..."
Ukrayna gələn il daha çox silah istehsal etməyi planlaşdırır və hökumət buna nail olmaq üçün beynəlxalq tərəfdaşlarla işləyir.
meqale.com APA-ya istinadən bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində deyib.
"Gələn il daha çox silah istehsal etməyə hazırlaşırıq. Yanvarda beynəlxalq işimiz üçün artıq dəqiq qrafikimiz var. Biz tərəfdaşlarımızla hər bir Ukrayna əsgərinin, bütün xalqımızın, dövlətimizin ehtiyac duyduğu həllər üzərində işləyirik", - deyə Zelenski bildirib.