Gəncə Dövlət Filarmoniyası yeni gənclərdən ibarət qrup təqdim etdi - FOTO
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yeni yaradılmış ETERNO qrupunun təqdimatı keçirilib.
Konsert proqramında müasir janrlarda musiqilər (Rock, Rep, Pop) və xalq mahnıları mix olaraq səsləndirilib.
Qrup Gəncə gəncləri tərəfindən hərarətlə qarşılanıb.