Gəncədə evdə yanğın olub, xəsarət alan var

Gəncə şəhəri Çarıqçılar küçəsində evdə yanğın olub, xəsarət alan var.

Gəncədə evdə yanğın olub, xəsarət alan var
Gəncə şəhəri Çarıqçılar küçəsində evdə yanğın olub, xəsarət alan var.

meqale.com report.az-a istinadən bildirir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşınları və 25 canlı qüvvəsi cəlb olunub.

Şəhər sakini, A.Rəhimova məxsus ümumi sahəsi 136 kvadratmetr olan evdə divanın yanması nəticəsində ev sahibinin qayınatası, 1945-ci il təvəllüdlü F.Kazımov yanıq xəsarətləri alıb. O, evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Zərərçəkən xəstəxanaya yerləşdirilib, ona 2-ci dərəcəli yanıq diaqnozu qoyulub və tibbi yardım göstərilib.

Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.