Gətirilən hər ikinci telefona görə əlavə 100 manat vergi ödəniləcək

Azərbaycana gətirilən mobil telefonlara yeni vergi tətbiq ediləcək.

Gətirilən hər ikinci telefona görə əlavə 100 manat  vergi ödəniləcək
Azərbaycana gətirilən mobil telefonlara yeni vergi tətbiq ediləcək.

meqale.com bildirir ki,"2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən, ölkəyə gətirilən mobil cihazlara gömrük rüsumu ilə yanaşı aksiz vergisi də hesablanacaq.

Layihəyə görə, təqvim ili ərzində bir nəfər tərəfindən ölkəyə 1 ədəddən artıq mobil telefon gətirildiyi halda, hər əlavə cihaz üçün 100 manat aksiz vergisi ödəniləcək. Bu məbləğ bazar qiymətindən asılı olmayacaq.