Göbələkləri belə saxlayın - Aylarla təzə qalacaq
Sağlamlığa bir çox faydası olan göbələklər, təəssüf ki, saxlama müddəti qısa olan qida növləri arasındadır.
                        meqale.com bakupost.az-a istinadən xəbər verir ki, insanların çoxunun zövq aldığı dadlı və sağlam qidalar arasında, şübhəsiz ki, ilk yeri göbələk tutur.
İstər tək bişirildikdə, istərsə də yeməyə əlavə olunduqda dadlı olan göbələklər faydalı qidalar sırasında olsa da, saxlama müddəti qısa olduğu üçün qısa zamanda xarab olur.
Əgər göbələklərin qısa müddətdə xarab olmasından narahatsınızsa, saxlama müddətini uzatmaq üçün onları dondurun.
Göbələkləri donduraraq saxlamaq üçün əvvəlcə tavada bişənə qədər qızardın. Soyuyana qədər gözləyin, sonra göbələkləri düzün və bir-iki saat dondurucuya qoyun.