"Google Translate"də möhtəşəm yenilik
"Google Translate"ə 110 yeni dil əlavə ediləcək.
meqale.com oxuya istinadən bildirir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda qeyd olunub.
"Tətbiq etdiyimiz dillərin sayını artırmaq üçün süni intellekt texnologiyasından istifadə edirik. Nəhəng "PaLM 2" dil modelimizlə "Google Translate"ə tariximizdəki ən böyük genişlənmə olan 110 yeni dili əlavə edəcəyik", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, onlayn tərcüməçinin bazasına avar, başqırd, buryat, çeçen, çuvaş, osetin, udmurt, yakut, krım tatar, komi portuqal (Avropa versiyası), tibet, şimali sami və breton dilləri də əlavə ediləcək. Məlumata görə, 614 milyon insan yeni əlavə ediləcək dillərdə danışır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun