Göygöl sakini faciə yaşadı
Göygöl rayon sakini bıçaq xəsarəti alıb.
                        meqale.com report-a istinadən xəbər verir ki, Göygöl rayon sakini, 1981-ci il təvəllüdlü X.Əsgərov Yeni Qızılca kəndində mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.