Gürcüstan DİN etirazçılara xəbərdarlıq edib

Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq edib.

Gürcüstan DİN etirazçılara xəbərdarlıq edib
Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq edib.

meqale.com report.az-a istinadən xəbər verir ki, Tbilisidə etirazçılar Kür sahilləri boyunca nəqliyyatın hərəkətini kəsiblər.

Nazirlik etirazçılara xəbərdarlıq edərək bildirib ki, yollar açılmasa, onlar məcbur qalıb kütləni dağıdacaqlar. Tbilisidə küçələrin bağlanması yoldan istifadə edən sürücüləri də narahat edib. Belə ki, etirazçılarla sürücülər arasında mübahisə yaranıb.

Qeyd edək ki, Gürcüstan parlamentinin ətrafında qarşıdurma halları davam edir.

Mitinq iştirakçıları Xüsusi Dövlət Mühafizə Xidmətinin həyətinə zibil qutusu atıblar. Parlament binasının həyətindən vaxtaşırı su şırnaqları və qaz buraxılır. Lakin etirazçılar hələ də küçələrdən çəkilmir.