Hacıqabulda yol qəzasında ölən iki nəfər məktəbli olub
Hacıqabulda baş verən yol qəzası zamanı ölən şəxslər məktəblilər olub.
meqale.com APA-ya istinadən bildirir ki, Rəfail Şirəliyevun idarə etdiyi "Toyota Prius" markalı avtomobil idarəetməni itirərək aşıb.
Nəticədə avtomobildə ola məktəblilər - 2010-cu il təvəllüdlü Məhəmməd Abuşov və 2008-ci il təvəllüdlü Əliyar Şirəliyev hadisə yerində ölüb.
Sürücü və sərnişin olan digər məktəbli, 2014-cü il təvəllüdlü Pənah Abuşov xəsarətlərə xəstəxanaya yerləşdirilib.